İlkay Gündoğan: "Mançester Yunayted" mənimlə maraqlanırdı"

27 Fevral 2021 15:40 İngiltərə 482
İlkay Gündoğan: "Mançester Yunayted" mənimlə maraqlanırdı"

"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan açıqlama verib.

Sportinfo.az xəbər verir ki, Almaniya millisinin üzvü "şəhərlilər"ə transfer olmamışdan öncə "Mançester Yunayted"in maraq dairəsində olduğunu deyib:

"Mançester Siti"yə gəlməmişdən 2-3 il əvvəl "Mançester Yunayted"in marağı var idi. "Borussiya"dakı komanda yoldaşım Şinji Kaqavanı transfer etmişdilər.

Onu izləməyə gələndə məni də bəyənmişdilər. Ancaq bu transfer üçün görüşmədik. Çünki "Borussiya" məni satmaq fikrində olmadığını açıqlamışdı. Buna görə də danışıq aparmağın mənası da yox idi".

"Mançester Siti" İlkayı 2016-cı ildə "Borussiya"dan 27 milyon avroya transfer edib. 30 yaşlı yarımmüdafiəçi bu mövsüm keçirdiyi 28 oyunda 13 qol vurub, 3 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı