Premyer Liqada təhqirin qiyməti və əvəzi

1 Dekabr 2020 16:40 Hadisə 480
Premyer Liqada təhqirin qiyməti və əvəzi

AFFA İntizam Komitəsi "Keşlə"nin müdafiəçisi İlkin Qırtımovu 4 oyunluq cəzalandırıb.

Sportinfo.az xəbər verir ki, səbəb onun Premyer Liqanın XI turunda "Sabah"la 1:1 hesablı heç-heçə etdikləri matçda ikinci sarı vərəqəni alaraq meydandan qovulduqdan sonra hakimlər briqadasını təhqir etməsidir.

"Keşlə"yə bununla əlaqədar 3200 manat ödəməli olacaq.

Komandanın digər üzvü Con Kamara ikinci sarı vərəqə ilə cəlandırılıb və meydandan qovulub. Afrikalı futbolçuya 1 oyunluq cəza, kluba isə 200 manat cərimə tətbiq edilib.

"Qəbələ" və "Sumqayıt"a isə 800 manat məbləğində cərimə kəsilib. Hər iki komandanın 4 oyunçusu "Qəbələ"nin 1:0 hesabı ilə qələbə qazandığı matçda sarı vərəqə alıb.

Digər Xəbərlər
Xəbər Lenti