Bu qadın futbolçu Maradonaya qarşı hörmətsizlik etdi - FOTO

1 Dekabr 2020 15:20 Hadisə 711
Bu qadın futbolçu Maradonaya qarşı hörmətsizlik etdi - FOTO

İspaniyanın qadın futbolçusu Paula Dapena Argentina yığmasının sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradonanın xatirəsini anmaqdan imtina edib.

Sportinfo.az xəbər verir ki, hadisə "Viaxes İnterrias" və "Deportivo Abanka" arasındakı yoldaşlıq matçından əvvəl baş verib.

Futbolçular Maradonanın xatirəsini anmaq üçün düzülüblər. Amma Dapena sükut dəqiqəsində iştirakdan nümayişkaranə imtina edib.

"Mən qəddarın və zülmkarın şərəfinə sükut dəqiqəsinə riayət etməkdən imtina etdim", - deyə Dapena öz hərəkətini izah edib.

Maradona 25 noyabrda vəfat edib. Beynəlxalq Futbol Federasiyası Assosiasiyası (FİFA) özünün bütün assosiasiyalarına əfsanəvi argentinalı futbolçu Dieqo Maradonanın xatirəsini bir dəqiqəlik sükutla anmağı xahiş edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!