Məşqə gedərkən qəzaya düşən futbolçunu kim xilas etdi? - VİDEO

27 Noyabr 2020 15:20 Hadisə 479
Məşqə gedərkən qəzaya düşən futbolçunu kim xilas etdi? - VİDEO

"Arsenal”ın futbolçusu Co Uillok qəzaya uğrayıb.

Sportinfo.az xəbər verir ki, hadisə 21 yaşlı yarımmüdafiəçi məşqə gedərkən baş verib.

Futbolçu yüksək sürətlə sürdüyü Mercedes-Benz G-Class avtomobilinin idarəetməsini itirib.

Arxadan gələn avtomobilin sürücüsü Uillokun maşından çıxmasına kömək edib. Avtomobilə ciddi ziyan dəysə də, ingilis oyunçu xəsarət almayıb.

Co Uillok bu mövsüm bütün turnirlərdə ümumilikdə 6 oyunda meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti