Azərbaycanda final oyununun nominal meydan sahibi hansı komanda oldu?

25 Aprel 16:40 Hadisə 320
Azərbaycanda final oyununun nominal meydan sahibi hansı komanda oldu?

Azərbaycan Kubokunun final görüşünün nominal meydan sahibinin müəyyənləşdirilməsi məqsədilə püşkatma mərasimi keçirilib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, mərasimdə Peşəkar Futbol Liqasının, “Qarabağ” və “Sabah”ın nümayəndələri iştirak ediblər.

PFL Yarışların təşkili və qeydiyyatı şöbəsinin rəisi Elçin Mehtiyev, “Qarabağ”ın menecer Fərid Ağayev, “Sabah” isə icraçı direktor Pərvin Piriyev ilə təmsil olunub.

Püşkatmaya əsasən “Qarabağ” nominal meydan sahibi olub.

Püşkatmadan sonra klub nümayəndələri ilə Peşəkar Futbol Liqası arasında geniştərkibli görüş keçirilib.

İclasda Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov, Media və marketinq direktoru Sənan Abdullayev də iştirak ediblər. Görüşdə finalla bağlı ilkin təşkilati məsələlər, nəzərə alınacaq nüanslarla bağlı müzakirə aparılıb.

Azərbaycan Kubokunun final oyunu 31 may tarixində Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Matç saat 19:00-da start götürəcək.

Finalın nominal meydan sahibi məlum oldu - Azərbaycan kuboku

Digər Xəbərlər
Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!