Futboldan uzaqlaşdırılan klub rəsmisi: “Bu qərarla razı deyiləm, şikayət edəcəm”

24 Mart 2025 02:50 Hadisə 977
Futboldan uzaqlaşdırılan klub rəsmisi: “Bu qərarla razı deyiləm, şikayət edəcəm”

“Axı, mən niyə eləmədiyim bir iş üçün cəza almalıyam?”.

Sportinfo.az xəbər verir ki, bunu idman.biz-ə Ağcabədinin “Olimpiya” klubunun rəsmisi Orxan Əliyev deyib.

Məşqçi AFFA-nın İntizam Komitəsinin ona verdiyi cəzaya münasibət bildirib:

“Bu qərarla razı deyiləm. Yüz faiz Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına şikayət verəcəm.

Həmin liqanın müəllimi olmadığım halda haqqımda belə bir qərar verilib”.

AFFA-nın İntizam Komitəsinin iclasında U-13 və U-14 Liqalarında çıxış edən Ağcabədi komandaları ilə bağlı qərar verib.

“Olimpiya” klubunun rəsmisi Orxan Əliyev futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 1 il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi