"Putin siyasətdə Ronaldo kimi “bombardir instinkti”nə malik ulduzdur"

10 Noyabr 2024 00:00 Hadisə 859
"Putin siyasətdə Ronaldo kimi “bombardir instinkti”nə malik ulduzdur"

Venesuela Prezidenti Nikolas Maduro Kazanda keçirilən BRİCS sammiti ilə bağlı təəssüratını bölüşüb.

Sportinfo.az “Kommersant”a istinadən xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putini ulduz futbolçu Kristiano Ronaldo ilə müqayisə edib.

Maduro bildirib ki, Putin siyasətdə Ronaldo kimi “bombardir instinkti”nə malik ulduzdur:

“Şübhəsiz ki, siyasi dildə deyə bilərik: Prezident Vladimir Putin beynəlxalq siyasətin ulduzudur.

Kazanda keçirilən BRİCS tarixi sammitində böyük uğur əldə edildi. O, anadangəlmə bombardirdir, Kriştiano Ronaldo kimi, qol vurma instinkti var”.

BRİCS sammiti oktyabrın 22-dən 24-dək Kazanda keçirilib.

Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi