Xəsarət alan azarkeş ilk yardımı Qurban Qurbanovdan gördü - VİDEO

15 Aprel 2024 16:00 Hadisə 4 122
Xəsarət alan azarkeş ilk yardımı Qurban Qurbanovdan gördü - VİDEO

Premyer Liqanın 30-cu turuna Masazırda yekun vuruldu.

“Qarabağ”ı qonaq edən “Sabah” 3 xalı 3 qolla aktivinə yazdıra bildi – 3:2.

Final fitindən sonra isə paltardəyişmə otağına gedən tunelin yaxınlığında həyəcanlı anlar yaşanıb.

Belə ki, azarkeşlərdən biri meydançaya daxil olmaq istəyərəkən məhəccərdən yerə yıxılıb.

Onun köməyinə ilk olaraq qonaqların çalışdırıcısı Qurban Qurbanov çatıb.

Təcrübəli mütəxəssis öncə həmin şəxsin durumu ilə maraqlanıb, ardınca komandanın həkimlərini köməyə çağırıb.

XANOĞLAN / SPORTİNFO.AZ

Həmin anlara aşağıdakı linkdə baxa bilərsiniz:

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR