ŞOK: "Kəpəz"in məşqçisi oyunun gedişində polis şöbəsinə aparıldı

6 Avqust 2023 20:20 Hadisə 7 167
ŞOK: "Kəpəz"in məşqçisi oyunun gedişində polis şöbəsinə aparıldı

Açılış turu çərçivəsində "Kəpəz"in doğma meydanda "Neftçi"ni qəbul etdiyi oyunda insident yaşanıb.

Qarşılaşmanın gedişində "Kəpəz"in məşqçisi polis şöbəsinə aparılıb.

Belə ki, akademiyada məşqçi kimi çalışan Rövşən Əhmədov polislərin əmrinə məhəl qoymayıb.

Əhmədova qadağan olummuş tribunaya qalxmağa icazə olmadığı haqda məlumat verilsə də, o, buna məhəl qoymayıb.

Spirtli içkinin təsiri altında "poqonlular"la qalmaqal yaşayan məşqçi şöbəyə aparılıb.

Rövşən Əhmədov hazırda şöbədədir.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti