ŞÜBHƏLİ QƏRAR və ya Yusifə qarşı edilən bala-bala haqsızlıq

28 Mart 2023 14:40 Hadisə 1 062
ŞÜBHƏLİ QƏRAR və ya Yusifə qarşı edilən bala-bala haqsızlıq

Dünən Yusif İmanova haqsızlıq edildi.

Canni De Byazi «Sabah»ın gələcək vəd edən gənc qapıçısının sabahını düşünmədi, onu İsveçdə ehtiyata aldı.

İtalyanın belə bir seçimi şəxsən bəndəniz üçün gözlənilməz oldu. Yusifə ikinci şansı verəcəyini düşünürdüm, təəssüf, ehtimallarım özüneü doğrultmadı.
İmanov Avstriyada qapısından dörd top çıxarmışdı.

Bunların heç birində onun ciddi səhvi yox idi. Hələ komanda yoldaşlarının bu gəncə bir «çox sağ ol» borcu var.

Bir neçə epizodda fərqin daha da böyüməsini önlədi. Qurtardığı seyvlərlə hesabın biabırçı həddə çatmasına imkan vermədi.

İmanovun yaşının və təcrübəstnin azlığını De Byazi ondan əvvəl nəzərə almalıydı. Avstriyada şans tanımışdısa. İsveçdə də bunu etməli idi.

Heç olmasa, onu «yanğın»dan xilas eləmək, debüt matçında yaşadığı həyacan hissini dartıb onun içindən çıxarmaq, özgüvənini artırmaq naminə.

De Byazi Yusifi ehtiyat skamyaya əyləşdirməklə, çox böyük pislik etdi. Gəncin özünə də, komandaya da.

Yarımçıq etimada görə baş məşqçini şiddətlə qınayıram!

«Səbail» Premyer Liqanın cari mövsümünün ən bərbad yarışmaçısıdır. Turnir cədvəlinin «zirzəmi»si onlarlıqdır.

18 xalla sonuncu pillədə məskunlaşmış «Səbail» qapısından ən çox top buraxmış üç iştirakçıdan biridir. Və bu klubun qapıçısı Emil Balayev dünən millimizin «1 nömrə»si olaraq meydanda idi.

Premyer Liqanın uğursuzlarından sayılan Balayevin yığmaya dəvət alması bir müəmmadırsa, İsveç önündə görünməsi daha çox şübhəli qərardır.

Ev sahiblərinin cərimə zərbəsindən vurduğu qolu kim gördüsə, yəqin mənlə razılaşar - o məsafədən endirilən topa düzgün reaksiya verə bilməyən qapıçı gedib əlcəklərini zibil qutusuna atmalıdır, bir də yaşıl meydanlara ayaq basmamalıdır.

Emildən də indi yalnız bunu gözləyirəm.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti