Karyerasını başa vurdu, vətəninə qayıtmadı, Azərbaycanda işə başladı - VİDEO

23 Mart 2023 17:40 Hadisə 3 803
Karyerasını başa vurdu, vətəninə qayıtmadı, Azərbaycanda işə başladı - VİDEO

1998-ci ildə yaradılan və 2005-ci ildə tarixin yaddaşına köçən “Şəfa” futbol klubu fəaliyyətini bərpa edib.

Bu ilin yanvarında “biz yenidən futbolumuza şəfa verməyə gəlirik” sloqanı ilə ölkə futboluna qayıdan “Şəfa” hələ ki, Peşəkar Futbol Akademiyası adı altında fəaliyyət göstərir.

Akademiyada artıq məşqlərə start verlib. Keçmiş adı “Şəfa”, indiki “ASK Arena” olan stadionda çalışmalara başlayan akademiyanın məşqçi və futbolçu heyəti arasında tanınmış simaları görmək mümkündür.

Onlardan biri də Azərbaycan millisinin sabiq üzvü Məhəmməd Mirzəbəyovdur. Əslən Dağıstandan olan keçmiş müdafiəçi futbolçu karyerasını başa vurandan sonra vətəninə qayıtmayaraq uzun illərdir yaşadığı Azərbaycanda qalmağı qərara alıb.

Belə ki, Mirzəbəyov məşqçilər üçün nəzərdə tutulan C lisenziyasına sahib olduqdan sonra “Şəfa”da işə başlayıb.

1990-cı ildə Mahaçqalada anadan olan Məhəmməd 2012-ci ildən top qovduğu Azərbaycan Premyer Liqasında “Sumqayıt”, “İnter”, “Qəbələ”, “Neftçi”, “Sabah” və “Səbail”in heyətində 200-dən çox oyuna çıxıb. Azərbaycan seçməsində 18 matçda şans qazanıb.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!