İlkin Fikrətoğlu - Bu dəhşətli hadisə aramızdan daha kimləri aparmadı ki…

23 Mart 2023 16:40 Hadisə 704
İlkin Fikrətoğlu - Bu dəhşətli hadisə aramızdan daha kimləri aparmadı ki…

Fevralın 6-da Türkiyədə baş vermiş dəhşətli zəlzələdən xeyli müddət keçib.

50 minə yaxın insanın ölümü, 115 mindən artıq insanın yaralanmasıilə nəticələnən bu təbii fəlakətdə həyatını itirənlər arasında Türkiyə idman camiəsinin üzvləri - məşqçi, idmançı, texniki işçilər də oldu.

Bütün zəlzələ qurbanlarının xatirəsini ehtiramla anaraq, idman aləminin itirdiyi şəxsləri yada salaq.

Krustian Atsu – Qanada doğulan, Portuqaliya, Niderland, İspaniya, İngiltərə və Səudiyyə Ərəbistanında oynamış 31 yaşlı yarımmüdafiəçini tale ötən ilin sentyabrında çəkib Türkiyəyə gətirmişdi.

5 ay əvvəl «Hatayspor»la müqavilə bağlamışdı. Zəlzələdən saatlar əvvəl Türkiyə Superliqasında «Hatayspor» - «Kasımpaşa» matçının son saniyələrində - 97-ci dəqiqədə komandasının qələbə qolunu vurmuşdu.

Bu, onun «Hatayspor»da ilk, həyatının isə son qolu oldu. Elə bu qol da sanki onu ölümə çəkdi.

Oyun bitdikdən sonra saat 23-də təyyarə ilə İstanbula, oradan isə Fransaya ailəsinin yanına uçmalı olan Atsu Hataydakı ilk qolunu komanda yoldaşları ilə xüsusi qeyd etmək üçün səfərdən vaz keçir.

Gecə saat 04:17-də isə yer yerindən oynayır. 7.8 bal gücündə zəlzələnin yaratdığı dağıntılar altından Atsunun cansız bəzəni yalnız 12 gün sonra çıxaırla bilir.

Fransada yaşayan 2 övladı atasız qalır.

Uğur Kurt - bizim Azərbaycanda da tanınmış biri. 2009-cu ildə «Qalatasaray»dan birbaşa «Qəbələ» Futbol Akademiyasına gəlmişdi.

Həmin dövr «Qəbələ» Akademiyasında çalışan bir neçə türkiyəli mütəxəssisdən biri - qapıçı məşqçisi idi. Qəbələdə çalışdığı 6 ildə təkcə işi ilə deyil, insanlığıyla da böyük hörmət qazanmışdı.

Qəbələnin hətta kəndlərinə - Laza, Bum, Qəmərəvana belə, gedib yas və toy mərasimlərində iştirak edirdi. Sadə insanlarla qaynayıb-qarışan biri idi Uğur abi.

2016-cı ildə büdcənin azaldılması ilə əlaqədar Uğur Kurt da digər türkiyəli məşqçilər kimi Qəbələdən ayrılmalı oldu. Amma ürəyi burada qalmışdı.

Bizim mətbəxi, məclisləri çox sevərdi. Tez tez Türkiyədən video-zəng edərək, “abi, bax, stolda hər şey var, amma sizin o məclislərdə olan ortam, atmosfer yoxdur” deyərdi.

Ara-sıra köhnə dostları görməyə - Azərbaycana gəlirdi. «Qəbələ» camiəsi ilə son görüşü isə zəlzələdən təxminən 1 ay əvvəl «qırmızı-qaralar» Antalyada təlim-məşq toplanışı keçərkən olmuşdu.

Türkiyədə axır 6 ildə bir neçə klubda çalışdıqdan sonra axırıncı iş yeri «İsgenderunspor» idi. Burada da qapıçı məşqçisi kimi çalışan 52 yaşlı Uğur Kurtun cəsədi qaldığı otelin dağıntıları altından zəlzələdən 7 gün sonra çıxarıldı.

Onunla yanaşı, «İsgəndərunspor»un digər məşqçisi Halil İbrahim Ölməz də zəlzələdə dünyasını dəyişdi. Dağıntılar altından çıxarılarkən Halil İbrahim sağ olsa da, vəziyyəti kritik olduğundan xəstəxanada vəfat etdi.

«İsgəndərunspor»un daha bir itkisi U-18 komandasının oyunçusu Burak Duraltı oldu. Zəlzələ 1-ci liqa klublaırndan “Yeni Malatyaspor”un da tarixində acı iz buraxdı.

28 yaşlı qapıçı Ahmet Eyüp Türkaslan ölümün caynağından xilas ola bilmədi.

İkinci liqada mübarizə aparan Şanlıurfa təmsilçisi "Gənclikspor"un məşqçisi Mustafa Abak və həyat yoldaşı Hacer Abak da həmin dəhşətli gecədə həyatını itirdi.

Ümumiyyətlə, zəlzələ bölgəsində peşəkar liqalarda çıxış edən müxtəlif səviyyəli 14 klub fəaliyyət göstərir.

Onlardan superliqa komandaları “Hatayspor” və “Qazinatep”, 1-ci liqa təmsilçilərindən “Adanaspor” və “Yeni Malatyaspor”, 2-ci liqadan “Adıyaman”, “Diyarbekirspor”, 3-cü liqadan 3 futbolçusu zəlzələdə həlak olmuş “Kahramanmaraşspor”, həmçinin “Osmaniyespor” və “Malatya Arguvanspor” bu mövsümlük liqalarda çıxışlarıı dayandırdı.

Futbolla yanaşı, digər idman növlərinin təmsilçilərindən kədərli xəbərlər gəldi. Türkiyənin kişilərdən ibarıt həndbol millisinin kapitanı Cemal Kütahya 5 yaşlı oğlu Çinarla dağıntılar altında dünyasını dəyişdi.

Qadın basketbol yığmasının üzvü Nilay Aydoğanı da dağıntılar altından sağ çıxarmaq mümkün olmadı. Xilasedicilər fəlakətdən bir həftə sonra onun cansız bədənini tapdılar.

Türkiyə voleybol ailəsinin itkiləri isə hamıdan çox oldu. Müxtəlif liqalarda çıxış edın klubların üzvləri – ümumilikdə 20-dən artıq qadın və kişi voleybolçu zəlzələ zamanı həlak oldu.

Qardaş ölkənin ağırlıqqaldırmada tanınmış hakimlərindəın olan Mehmet Ak, güllə atıcsı Sefa Bayraktar, qadınlardan ibarət boks yığmasının üzvü Sena Karakütük, Kahramanmaraşda olan güləşçilər Ahmet Taş, Mehmet Eskisarılı, Ali Gürsoy ve Aslan Ekiz, gimnastika məşqçisi Fatma Özbaytemur zəlzələnin qurbanı oldu.

Təbii ki, idman ailəsinin itkiləri bu adını çəkdiklərimizlə yekunlaşmır. 50 minə yaxın insan ölümü, 100 mindən artıq yaralı, viran qalmış şəhər və kəndlər – misli görünməmiş faciədir.

Qardaş ölkəyə yaralarını sarımaqda bir çox dünya dövlətləri kimi, Azərbaycan da öz köməyini göstərir. Həm dövlətimiz, həm də sıravi vətəndaşlarımız faciənin ilk saatlarından türk qardaşlarımızın yanında oldu.

Martın 26-da Bakıda “Qarabağ”la “Qalatasaray” arasında xeyriyyə məqsədli yoldaşlıq iyunu keçiriləcək və qarşılaşmanın bilet satışından yığılan bütün vəsait zəlzələdən zərərçəkənlərə yardım məqsədilə sərf olunacaq.

Təbii fəlakətdə həyatını itirən bütün türk insanınıa Allahdan rəhmət diləyir, böyük türk xalqına səbr və güc arzulayırıq.

İlkin Fikrətoğlu

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"