Ölkə prezidenti də gəldi - Zəlzələdə ölən futbolçunun vida mərasiminə

18 Mart 2023 22:00 Hadisə 655
Ölkə prezidenti də gəldi - Zəlzələdə ölən futbolçunun vida mərasiminə

Türkiyədə baş verən silsiləsi zəlzələlər nəticəsində vəfat edən “Hatayspor”un keçmiş futbolçusu Kristian Atsu ilə Qananın paytaxtı Akrada vida mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, mərasimdə futbolçunun yaxınları ilə yanaşı, Qananın prezidenti Nana Akufo-Addo, millinin baş məşqçisi Kris Huyton, yarımmüdafiəçinin keçmiş komanda yoldaşları və azarkeşlər iştirak edib.

Atsu Qananın Ada şəhərində dəfn edilib.

Xatırladaq ki, futbolçunun cansız bədəni 12 gün sonra – fevralın 18-də dağıntılar altından çıxarılıb.

Kristian Atsu karyerası ərzində Portuqaliyanın “Portu”, İngiltərənin “Çelsi”, “Everton” və “Nyukasl” klublarında forma geyinib. O, Qana milli komandasının heyətində 60 oyuna çıxıb və 10 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”