
Sportinfo.az xəbər verir ki, bir vaxtlar "Bakı"nın formasını geyinmiş Jaba sosial şəbəkədə yazdığı rəy ilə gündəmə gəlib.
"Ankaragücü"də komanda yoldaşı olmuş Hürriyyət Gücerin verilişlərin birində dediyi "Jaba çox içki içirdi" sözlərinə braziliyalı hücumçu münasibət bildirib.
"Mən çoxlu içki içərdim, çoxlu qol vurub, super performans göstərərdim. Sən içki içməzdin, diskoya getməzdin, performansın da yox idi, qol da vura bilmirdin".".