Azərbaycan yığmasının üzvü həbs olundu - Adamı bıçaqladı, evinə girdi, pul apardı: FOTOLAR

24 Yanvar 2023 19:20 Hadisə 617
Azərbaycan yığmasının üzvü həbs olundu - Adamı bıçaqladı, evinə girdi, pul apardı: FOTOLAR

Azərbaycanda tanınmış güləşçi, milli komandanın sabiq üzvü Elman Muxtarov həbs edilib.

Sportinfo.az xəbər verir ki, “qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə), 181 (quldurluq) maddələri ilə ittiham olunur.

Belə ki, istintaq müəyyən edib ki, Elman Muxtarov ötən il Bakıda Mikayıl Məmmədov adlı şəxsi bıçaqlayıb.

Bir neçə ay sonra isə həmin vətəndaşın evinə qanunsuz daxil olaraq onu bir neçə dəfə yumruqla vuraraq bədən xəsarətləri yetirib.

Azərbaycanda tanınmış güləşçi həbs edildi

Evdən 2800 manat pulu götürərək hadisə yerini tərk edib. Barəsində şikayət olunduqdan sonra ötən ay həbs olunub. Hazırda Elman Muxtarovun cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

E.Muxtarov uzun illər güləş üzrə Azərbaycan yığmasının üzvü olub. I Avropa Oyunlarının gümüş mükafatçısı, Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi, Azərbaycan çempionu olub.

O, sonuncu dəfə 2019-cu ildə Qazaxıstanda güləş üzrə dünya çempionatında yarışıb. Daha sonra karyerasını başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti