Azərbaycanlı futbol adamı nazirlikdəki vəzifəsini tərk etdi, yeni işə keçdi

7 Dekabr 2022 13:40 Hadisə 605
Azərbaycanlı futbol adamı nazirlikdəki vəzifəsini tərk etdi, yeni işə keçdi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi” MMC-nin (İKT LAB) direktoru Rauf Cabarov vəzifəsini tərk edib.

Sportinfo.az xəbər verir ki, “report”un əldə etdiyi məlumata görə, o, bundan sonra fəaliyyətini “Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası” (AKTA) İctimai Birliyinin sədr müavini kimi davam etdirəcək.

İKT LAB Nazirlər Kabinetinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə yaradılıb. Nazirlikdə isə onun yerinə hələ təyinat olmayıb.

1985-ci il təvəllüdlü R.Cabarov 2003-ci ildən hakimlik fəaliyyətinə başlayıb, 2009-cu ildən Premyer Liqa oyunlarında referi kimi fəaliyyət göstərir, 2019-cu ildən isə FIFA referisidir.

O, 2017-2018-ci ildə ölkə kubokunun final oyununu idarə edib.

Digər Xəbərlər
Xəbər Lenti