Mübariz Mənsimov bu şəxslərə vəsait ayırdı – Hər birinə 2000

17 Avqust 2022 10:40 Hadisə 6 108
Mübariz Mənsimov bu şəxslərə vəsait ayırdı – Hər birinə 2000

«Xəzər Lənkəran»ın sahibi Mübariz Mənsimov Türkiyədə ali təhsil alan azərbaycanlı tələbələrə jest edib.

İstanbulda yaşayan klubun fəxri prezidenti 177 gəncə təqaüd ayırıb.

Türkiyənin müxtəlif universitetlərində oxuyan gənclər ona məxsus olan şirkətdən hər ay 2000 lirə alacaq.

Mənsimov universiteti fərqlənmə ilə bitirənlərin sonradan işlə təmin olunmasına köməklik göstərəcəyinə söz verib.

Türkiyənin “Yıldız” Texniki Universitetinin tələbələrindən ibarət olan “Drone X” komandası 9-14 avqust tarixləri arasında keçirilən 2-ci Sərbəst Görev İHA yarışmasının finalında iştirak edib.

96 komandanın finala vəsiqə qazandığı bu yarışmada birinci turu üçüncü, ikinci turu dördüncü tamamlayaraq “Drone X” komandası Bürünc Performans mükafatına, başqa sözlə, bürünc medala layiq görülüb.

Komanda 30 avqust – 4 sentyabr 2022-ci il tarixləri arasında Samsunda keçiriləcək TEKNOFEST-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən mükafatlandırılacaq.

“Sevincimizi sizinlə bölüşməkdən şadlıq və qürur hissi duyuruq. Bu fürsəti təmin etdikləri üçün Tubitak və Teknofest institutlarına və bizə hər zaman dəstək olan “Palmali” ailəsinə təşəkkür edirik”, - deyə, komanda üzvləri yarışmadan sonra öz hisslərini bu cür paylaşıblar.

Bu gənclər 26-29 may 2022-ci il tarixlərində Azərbaycanda keçirilən “TEKNOFEST” festivalında təmsil olunan “Drone X” komandasının üzvləri, Türkiyənin “Yıldız” Texniki Universitetinin tələbələridir

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti