
“Mən onu “Qarabağ”dan tanımışam və fikirləşirdim ki, komandamıza kömək edə biləcək.
Bura gələndə, gördüm ki, formadan çox uzaqdır”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov deyib
Məşqdə arxa əzələsini dartan Faysal Rerras zədələnib və uzun müddətə sıradan çıxıb. Belədə bölgə təmsilçisi 29 yaşlı müdafiəçi ilə müqavilə bağlamaqdan imtina edib.
.Mərakeş millisinin sabiq üzvü haqda danışan A.Abbasov bunları söyləyib: “Onun artıq çəkisi var idi. Altı ay olar ki, heş yerdə oynamırdı.
Məşqdə qasıq nahiyyəsində dartınma oldu. Faysalın sağalması üçün azı iki-üç həftə gözləmək lazım idi.
Formaya düşməsi daha bir neçə haftə vaxt aparacaqdı. Özü də başa düşdü ki, vəziyyət nə yerdədi, gəlib dedi, icazə verin, mən gedim”.
2019/20 mövsümündə “Qarabağ”da oynamış Rerras vaxtilə “Vize”, “Sent-Trüden”, “Hart”, “Mexelen”, “Hibernian”, “Beziers”, “Muludia”, “Levski”də çıxış edib.