AFFA rəhbərliyindən şəhid atasına yaraşmayan münasibət - Barı Tahir Gözələ baxıb...

22 May 2022 16:40 Hadisə 1 312
AFFA rəhbərliyindən şəhid atasına yaraşmayan münasibət - Barı Tahir Gözələ baxıb...

"Qarabağ" 9-cu ölkə çempionluğu tituluna dünən qovuşdu.

Kubokun təqdim olunması mərasimi "Qarabağ" rəhbərliyinin anlamlı jesti ilə yadda qaldı.

Belə ki, klubun prezidenti Tahir Gözəl şəxsən şəhid azarkeş Məhəmmədəli İbrahimlinin atasını özü ilə fəxri kürsüyə apardı.

Öncə qızıl medalının şəhid atasının boynuna asılmasını xahiş edən başqan, ardınca kubokun da onun qaldırmasına şərait yaratmış oldu.

Çempionluq ab-havasını arxa plana atan Tahir bəy sona kimi şəhid atasının əlini buraxmadı. Bu mənzərəyə görə şəxsən Tahir bəyə alqış düşür.

Amma bu gözəlliyin fonunda üzüntü yaradan görüntüdən də danışmasam olmaz.

Qalibləri mükafatlandıran AFFA-nın prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin şəhid atasına soyuq münasibəti gözdən qaçmadı.

Mütəllim ata ilə sadəcə əllə salamlaşan rəsmilər önlərindən keçənin sanki klubun hansısa sıravi işçisiymiş görüntüsü yaratmış oldular.

Axı o, bir şəhi atasıdır. O, səndən, məndən, ondan - hamımızdan hörmətli, qiymətli biridir.

Əlindən öpün demirəm, alnından öpün də demirəm (bunları da etmək borcunuzdur!), heç olmasa şəhid atasına sarılıb, qucaqlamaq və içdən-içə dərdinə şərikik ata demək olmazdımı? Yanındayıq ata demək olmazdım?

Təbii ki, olardı və olmalıydı! Amma bacarmadınız.

Hə, sizin üçün bunlar sıradan bir şeylər ola bilər, amma şəhid atası üçün belə mənəvi məsələlər dünyaya bərabərdi.

Özünüz anlamadınız, barı Tahir bəyin davranışlarından bir örnək götürərdiniz. Sizlər adına şəxsən mən çox üzüldüm, həm də çox...

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti