“Legiya” Mahirin acığına elə bir qərar qəbul etdi ki...  HƏMİN FOTO

20 Yanvar 2022 16:40 Hadisə 3 786
“Legiya” Mahirin acığına elə bir qərar qəbul etdi ki...  HƏMİN FOTO

Ötən il dekabrın 12-də Plotsk “Visla”sı ilə oyundan sonra azarkeşlər “Legiya”nın avtobusuna basqın edib iki futbolçunu yumruqlamışdı.

Biri bizim Mahir Emreli idi, o biri komandanın aparıcı üzvü Lukinyas.

Qış fasiləsindən sonra Mahir müqavilə ilə məxsus olduğu komandasının düşərgəsinə qoşulmadı ki, bəs, başına gələn hadisədən sonra psixoloji sarsıntı keçirib, klub niyə fanatların qarşısını ala bilməyib, yumruq niyə məhz Emreliylə Lukinyasa dəyib və sair.

Mahir Bakıda qalmağı üstün tutsa da, Lukinyas heç nə olmayıbmış kimi istirahətini edib “Legiya” ilə Dubay toplanışına yollandı.

Emrelinin cığallıq etdiyi dönəmdə braziliyalının əsl peşəkarlıq göstərməsi klub rəhbərliyinin və komanda yoldaşlarının diqqətindən yayınmayıb.

Təcili toplantı keçirilib və həssas məqamda xarakter göstərən Lukinyas komandanın yeni kapitanı təyin olunub.

Hətta “Krasnodar”la dünənki yoldaşlıq matçına “Legiya”nı meydana məhz o çıxarıb. 26 yaşlı braziliyalı forvarda kimi komandanın kapitanı 42 yaşlı polşalı qapıçı Artur Boruts idi.

Klub sosial şəbəkə hesablarında yeni kapitanın kimliyi ilə bağlı paylaşım edincə, azarkeşlər döyülməkdən küsməyən futbolçunun şəninə təriflər yağdırıb.

Mütləq ki, Mahir də həmin paylaşımı və orada yazılan şərhləri görüb. Öyrənəcəyin çox şey var hələ, Emreli. Bu gün döyülüb, sabah sevilməyi haqq etməyin mümkünlüyünü öyrənməli olduğun kimi...

"Legiya"dan ayrılmaq istəyən Mahir Emreli komandanın təlim-məşq toplanışına qoşulmayıb. Türkiyəli hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib.

O, belə bir addımı atmasında "Legiya"nı günahlandırıb.

Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı