Yevlaxda şəhid futbolçu anıldı, təsirlı anlar yaşandı - VİDEO

25 Noyabr 2021 11:40 Hadisə 812
Yevlaxda şəhid futbolçu anıldı, təsirlı anlar yaşandı - VİDEO

Region Liqasının hesabat turunda təsirli anlar yaşanıb.

Maraqlı hadisə liqanın Şimal-Qərb və Qərb Regionunda “Karvan”la “Gəncə” arasındakı oyundan əvvəl baş verib.

“Karvan”ın futbolçuları meydana Vətən Müharibəsində şəhid olmuş sabiq futbolçu Emin Kazımovun şəkli ilə çıxıb.

Stadiona toplaşanlar bu görüntünü təxminən 10 dəqiqə ayaqüstə, həm də göz yaşları içində alqışlayıb.

Şəhidin atası Fərman Kazımov da klub rəsmilərinin dəvəti ilə stadiona təşrif buyurub və oyuna baxanlar arasında olub.

“Karvan”lılar qol vurandan sonra kollektiv şəkildə Eminin şəkli önünə toplaşaraq, hərbi salam verməklə yadda qalıb.

90 dəqiqənin tamamında Yevlax təmsilçisi qələbə qazanıb – 4:1.

Sportinfo.az həmin görüntüləri təqdim edir:

Digər Xəbərlər
Xəbər Lenti