Azərbaycanda oynayan legioner Ronaldonun statusunu “oğurladı” - FOTO

26 Oktyabr 2021 14:00 Hadisə 655
Azərbaycanda oynayan legioner Ronaldonun statusunu “oğurladı” - FOTO

“Keşlə”nin legioneri Anatoli Abanq maraqlı paylaşım edib.

25 yaşlı hücumçu “instaqram"ında Kriştiano Ronaldonun “instaqram” səhifəsəsində paylaşdığı statusu yerləşdirib.

Dünya ulduzu “Liverpul”a 0:5 hesablı yenilgidən sonra bunları yazıb:

“Bəzən istədiyimiz nəticə olmur. Bəzən hesab istədiyimiz kimi olmur. Və bu bizim üzərimizdədir, çünki başqa günahkar yoxdur.

Azarkeşlərimizin bu dəfəki dəstəyi də heyrətamiz idi. Onlar bundan yaxşısına, daha yaxşısına layiqdirlər. Onları uğura çatdırmaq bizim əlimizdədir. İndi vaxtdır”.

Əslində, “Keşlə”nin qanalı legionerini Ronaldonun fikirlərinə şərik olmağa məcbur edən səbəb məlumdur.

Ötən mövsüm ölkə kubokunu qazanan komandasında xeyli sayda legioner olsa da, “qırmızılar” çempionatda qeyri-sabit nəticələrlə yadda qalmaqdadır.

Abanq Kriştianonun paylaşımına söykənməklə həm azarkeşləri sevimli olmağa çağırır, həm də, dünya ulduzlarının da uğursuzluğa düçar olduğunu göstərməyə çalışır

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!