“Real” yeni transferini rəsmən açıqladı - 2031-ci ilin yayına qədər müqavilə

15 İyul 2025 10:00 İspaniya 987
“Real” yeni transferini rəsmən açıqladı - 2031-ci ilin yayına qədər müqavilə

“Real” “Benfika”dan futbolçu Alvaro Karrerasın transferini rəsmən açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı sol cinah müdafiəçisi İspaniya təmsilçisi ilə 2031-ci ilin yayına qədər müqavilə imzalayıb.

Karreras “Real”ın yetirməsidir. O, ötən yay İngiltərənin “Mançester Yunayted” klubundan 6 milyon avroya Portuqaliyanın “Benfika” komandasına keçmişdi.

Daha əvvəl yayılan xəbərlərə əsasən, bu transfer Madrid klubuna 50 milyon avroya başa gəlib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!