Premyer Liqa oyunu azarkeşin xəstəliyi səbəbindən dayandırıldı – VİDEO

18 Oktyabr 2021 18:20 Hadisə 679
Premyer Liqa oyunu azarkeşin xəstəliyi səbəbindən dayandırıldı – VİDEO

İngiltərə Premyer Liqasının 8-ci turunun “Nyukasl” – “Tottenhem” matçında (2:3) xoşagəlməz hadisə yaşanıb.

Sportinfo.az xəbər verir ki, qarşılaşmanın 40-cı dəqiqəsində tribunada bir azarkeşin səhhətində problem yaranıb.

Qonaqların oyunçusu Serxio Reqilon hakimin diqqətini tribunada baş verənlərə yönəldib.

Tribunada yaranan qarışıqlığı görən futbolçular hakimdən görüşün dayandırılmasını və azarkeşə həkimlər tərəfindən müdaxilə edilməsini istəyib.

Belədə oyun yarıdan dayandırılıb və azarkeşə lazımi tibbi yardım göstərilib. Hakim ilk hissəyə 7 dəqiqə əlavə etsə də, qarşılaşma xeyli gec bərpa olunub.

“Nyukasl” verdiyi açıqlamada azarkeşin xəstəxanaya aparıldığını və vəziyyətinin sabit olduğunu bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:50 Lap halva kimi... VİDEO