Qarabağa dönmək istəməyən erməni əsgərlərlə komandir arasında qarşıdurma yaşandı: VİDEO

14 May 2021 17:50 Hadisə 1 026
Qarabağa dönmək istəməyən erməni əsgərlərlə komandir arasında qarşıdurma yaşandı: VİDEO

Zəngəzurun Qafan şəhərində yerləşən erməni hərbi hissəsinin komandiri Araik Mədətyan eyni hərbi hissədən olan bir neçə hərbçi ilə qarşıdurmaya girib.

Sportinfo.az xəbər verir ki, qəsbkar Ermənistan nəşrlərinin yaydığı məlumata görə, komandir əsgərlərə qarşı fiziki güc tətbiq edib.

"İstədiklərimə nail olmasam, deməli, bu hərbi hissənin komandiri deyiləm ... İkinizi də sındıracağam!" - hiddət içərisində olan Mədətyan tabeliyində olanlara belə bağırıb.

Məlumata görə, 44 günlük müharibədən sonra Azərbaycanın Yuxarı Qarabağ torpaqlarında xidmət edən bir qrup işğalçı erməni çağırışçı məzuniyyətə yollanıb. Və sonradan onlardan bəziləri hərbi xidmətlərinin davamı üçün Qarabağa qayıtmaqdan imtina ediblər.

Nəticədə Ermənistan Müdafiə Nazirliyi həmin çağırışçıların işğalçı respublikanın müxtəlif hərbi hissələrinə göndərilməsi və bölüşdürülməsi barədə qərar qəbul edib.

Qafanda yerləşən hərbi hissənin komandiri Araik Mədətyan da, çox güman ki, məhz həmin əsgərləri hədəf alıb və nəticədə bir qarşıdurma yaşanıb.

Digər Xəbərlər
Xəbər Lenti