Qarabağ məğlubiyyəti ruslarda “travma” yaradıb - Əllərindən gələni edirlər ki... VİDEO

20 Aprel 2021 11:10 Hadisə 1 062
Qarabağ məğlubiyyəti ruslarda “travma” yaradıb - Əllərindən gələni edirlər ki... VİDEO

Rossiya1 televiziyası Kalaşnikov şirkətinin nəzdindəki ZALA AEROP tərəfindən istehsal edilən “Lancet” adlı kamikadze dronlarının xüsusiyyətlərini təqdim edib.

Sportinfo.az xəbər verir ki, sujetdə iddia edilib ki, kamikadze dronlar havada siqnallar vasitəsilə “mina sahəsi” əmələ gətirərək, uçuş cihazlarını o cümlədən Bayraktar TB2 pilotsuz aparatlarını məhv edə bilər. Sujetdə buna dair animasiya da nümayiş olunub.

Türkiyəli ekspert Abdullah Ağarın sözlərinə görə, rus kamikadze dronlarının nə qədər effektli olduğu məlum deyil. Onun sözlərinə görə, türk aparatlarının uğuru ruslarda “travma” yaradıb. Buna görə də, ruslar Bayraktar TB2-ləri zərərsizləşdirə bilmək üçün yollar axtarır.

Bayraktar TB2-lərin Liviya, Suriya və Qarabağda rus silahlarına qarşı uğurundan sonra prezident Vladimir Putinin göstərişi ilə Moskva bu sahəyə diqqəti artırıb.

Digər Xəbərlər
Xəbər Lenti