Ağdamda vəzifəli şəxs minaya düşdü - FOTO

3 Mart 2021 16:30 Hadisə 3 240
Ağdamda vəzifəli şəxs minaya düşdü - FOTO

Ağdam rayonunda vəzifəli şəxs minaya düşüb.

Sportinfo.az xəbər verir ki, Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafis Əzimzadə minaya düşüb.

Hadisə rayonun Novruzlu kəndində baş verib. H.Əzimzadə piyada əleyhinə minaya düşərək xəsarət alıb.

Ağdam rayon prokurorluğu sözügedən hadisə ilə bağlı məlumat yayıb:

"Martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində “sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası” və digər çoxsaylı xəsarətlər alması müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.


Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu