Həkimlər komaya düşən məşqçini müayinə etdi

1 Mart 2021 09:40 Hadisə 463
Həkimlər komaya düşən məşqçini müayinə etdi

Dörd aya yaxındır komaya düşən Qəhrəman Əliyevin sağlıq durumu ağır-sabit olaraq qalmaqdadır.

Sportinfo.az-ın məlumatına görə, Bakıdan Masallıya gələn növbəti həkim qrupu onu müayinə edib.

Heyətin ümumi qənaətinə görə, pasiyentin komadan ayılması daha bir neçə ay uzana bilər. Bu da tanıınmıış məşqçinin beyin insultu keçirməsi, nəticədə hər iki yarımkürənin 70 faiz zədələnməsi ilə əlaqədardır.

Koronavirusa yoluxduqdan sonra bu vəziyyətə düşən Əliyevin Bakıya gətirilməsi nəzərdə tutulsa da, həkimlər xəstəxananı dəyişməyi hələlik məsləhət görməyiblər.

Çünki pasiyentin qida qəbulunda problemlər aradan qalxmayıb. Ona gündəlik qida əsasən «sistem» vasitəsilə verilir.

Digər Xəbərlər
Xəbər Lenti