Xanımı Banişevskinin satışa çıxarılan saatından xəbərsizdir - FOTO

25 Fevral 2021 21:20 Hadisə 743
Xanımı Banişevskinin satışa çıxarılan saatından xəbərsizdir - FOTO

Futbolumuzun əfsanəsi Anatoli Banişevskiyə aid olduğu iddia edilən saatın Rusiya saytlarının birində satışa çıxarıldığını xəbər vermişdik.

Saatın fotolarını elan şəklində verən Yekaterina adlı xanım “Orient Special” markalı əşyanın ərəb şeyxləri tərəfindən hazırlandığını xüsusi şəkildə qeyd edərək, ona 57 min 500 rubl, yəni Mərkəzi Bankın élan etdiyi məzənnəyə əsaslansaq, 1328 manat qiymət qoyub.

Sportinfo.az xəbər verir ki, elanda qeyd olunub ki, saat həmin dövrdə SSRİ yığmasının üzvlərinə hədiyyə olunub.

Banişevski Azərbaycan futbolunun dahilərindən sayılır. Ona məxsus olan bir əşyanın satışa çıxarılması, it-bat olması nə dərəcədə düzgündü?

AFFA saatı alıb, muzeydə saxlaya bilərmi? Suallarımızı assosiasiyanın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullaya ünvanladıq (Futbol+):

“Məsələ ilə bağlı məlumatımız var. Xəbər çıxandan dərhal sonra ailəsi ilə əlaqə saxladıq. Həyat yoldaşı bizə bildirdi ki, belə bir saat barədə məlumatları yoxdu.

Yəni ailəsi təsdiqləmədi ki, bu saat həqiqətən də Banişevskiyə məxsusdu. İstənilən halda, başqa mənbələrdən də məsələni dəqiqləşdirməyə çalışacağıq”.


Digər Xəbərlər
Xəbər Lenti