“Ermənistan Rusiya hərbi bazasının genişləndirilməsini istəyir”

22 Fevral 13:30 Hadisə 217
“Ermənistan Rusiya hərbi bazasının genişləndirilməsini istəyir”

“Ermənistan tərəfi Rusiyanın Gümrüdə yerləşən 102 saylı hərbi bazasının genişləndirilməsində və potensialının artırılmasında maraqlıdır”.

Sportinfo.az xəbər verir ki, bu barədə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan “RİA Novosti”yə müsahibəsində bildirib.

“Rusiyanın Ermənistandakı hərbi bazasının genişləndirilməsi və gücləndirilməsi məsələsi daim gündəmdə olub və baza bütövlükdə Ermənistan və Rusiya Silahlı Qüvvələrinin Birgə Qoşun Birləşməsinin bir hissəsi olduğu üçün Ermənistan tərəfi də hər zaman bunda maraqlı olub.

Buna görə bazanın imkanlarının genişləndirilməsi öz növbəsində Qafqaz kollektiv təhlükəsizlik bölgəsində ikitərəfli əsasda fəaliyyət göstərən ortaq qrupun potensialının artırılmasına səbəb olur”,- deyə Arutyunyan qeyd edib.

Arutyunyan bu istiqamətdə Rusiya Müdafiə Nazirliyinin bölgədəki mövcud hərbi və siyasi reallıqları nəzərə aldığını və bazanın möhkəmləndirilməsi və yenidən təchiz edilməsi istiqamətində düzgün addımlar atdığını deyib. O, bu prosesin uzunmüddətli olacağına ümid etdiyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Fevral 17:20 "Sabah" - "Keşlə": CANLI
25 Fevral 13:20 AFFA qiyməti endirdi