“Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb” - MN

13 Yanvar 2021 19:10 Hadisə 403
“Azərbaycan Ordusu atəşkəs rejimini pozmayıb” - MN

Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin guya bu gün atəşkəs rejimini pozması nəticəsində erməni işğalçı kontingentinin hərbi qulluqçusu Vardan Vaçaqanoviş Kirakosyanın (2000-ci il təvəllüdlü) yaralanması barədə erməni KİV-inin yaydığı məlumatları qətiyyətlə təkzib edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı məlumat verib.

“Azərbaycan Ordusu Qarabağda atəşin dayandırılması barədə 2020-ci il 10 noyabrda əldə olunmuş üçtərəfli razılaşmaya qəti şəkildə əməl edir. Azərbaycan Ordusu tərəfindən atəşkəsin pozulması halı baş verməyib, - deyə V. Dərgahlı vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyul 03:20 Ayxan çempion oldu