COP29

Xankəndi tələbələrini qarşılamağa hazırdır? - VİDEO

14 İyun 14:30 Gündəm 908
Xankəndi tələbələrini qarşılamağa hazırdır? - VİDEO

Xəbər verdiyimiz kimi, Xankəndidə yerləşən Qarabağ Universiteti tələbələrini qarşılamağa hazırlaşır.

Bununla bağlı Xəzər Televiziyası süjet hazırlayıb.

Məlum olub ki, artıq universitetin yataqxanasında son tamamlanma işləri aparılır.

Universitetin dekanı Elmar Mustafayev bildirib ki, yataqxanaya sentyabr ayında mindən çox tələbə yerləşdiriləcək.

Qarabağ Universitetində daimi əsaslarla işləyən müəllimlər, o cümlədən, digər əməkdaşlar universitetdə fəaliyyət göstərdikləri müddət ərzində ödənişsiz mənzil ilə təmin olunacaqlar.

Qeyd edək ki, Qarabağ Universitetində 6 fakültə, 27 ixtisas üzrə tədris aparılacaq. İlkin mərhələdə 1500 tələbənin qəbulu nəzərdə tutulur.

Daha ətraflı videomaterialda:

Digər Xəbərlər
Xəbər Lenti