COP29

“Əməkhaqqı fondu 23 milyard manata çatdırıla bilər”

28 May 15:30 Gündəm 802
“Əməkhaqqı fondu 23 milyard manata çatdırıla bilər”

“Bizim üçün Dövlət Sosial Müdafiə Fondunda əsas məsələ əməkhaqqı fondudur”.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

“Ötən ilin son göstəricisinə görə əməkhaqqı fondu 21 milyard manatdan bir az artıqdır. Amma bu, kiçik rəqəmdir. Bu rəqəm ÜDM-də heç 18 %-ə çatmır.

Cari ildə bu məbləğin 22-23 milyard manata çatdırılması gözlənilir. Amma bu da kiçik məbləğdir.

Bizim üçün ən vacib məsələ əməkhaqqı fondunun ölkə üzrə daha böyük həcmli olmasıdır ki, DSMF o vəsaitdən qidalana bilsin”, - deyə Palata sədri əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"