1,3 milyon avroya satılmış hücumçu Azərbaycan klubunda?

21 Aprel 22:40 Gündəm 353
1,3 milyon avroya satılmış hücumçu Azərbaycan klubunda?

“Zirə”nin sabiq legioneri Salifu Suma yenidən Azərbaycana qayıda bilər.

Sportinfo.az İsveç mətbuatına istinadən xəbər verir ki, “Malmö”nün hücumçusu Allsvenskanda ümidləri doğrulda bilməyib.

Bildirilib ki, “Malmö” qvineyalı forvardı mövsümün əvvəlində “Zirə”dən 1,3 milyon avro qarşılığında böyük ümidlərlə transfer edib.

Lakin 22 yaşlı oyunçu yeni komandasında əsas heyətə düşə bilməyib. Bu da Sumanın dəyərini ikiqat azaldıb.

Suma qış fasiləsində Polşa klubu “Radomyak”a icarəyə verilsə də, Ekstraklasada da istənilən performansı ortaya qoya bilmir.

Futbolçu mövsümün sonunda “Malmö”yə qayıtmalıdır. Lakin isveçlilər onu saxlamağı planlaşdırmır.

Məlumatda vurğulanıb ki, Suma Azərbaycanla yanaşı, başqa bir neçə ölkədən təklif alıb. Onun “Malmö” ilə müqavilə müddəti 2029-cu ilin sonuna qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
21 Aprel 17:30 Çək və bizə göndər!
21 Aprel 02:00 "Turan Tovuz"da iki...