Aprelin 16-da gözlənilən hava şəraiti - 21° isti olacaq

07:00 Gündəm 105
Aprelin 16-da gözlənilən hava şəraiti - 21° isti olacaq

Aprelin 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət gecə 70-75%, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
15 Aprel 18:10 Çək və bizə göndər!
15 Aprel 07:10 Əhalimizin sayı artıb