Qana millisinin baş məşqçisi vəzifəsinə 3 namizəddən biri Azərbaycanda işləmiş məşhurdur

10 Aprel 13:20 Gündəm 443
Qana millisinin baş məşqçisi vəzifəsinə 3 namizəddən biri Azərbaycanda işləmiş məşhurdur

Azərbaycan millisinin sabiq baş məşqçisi Fernando Santuş karyerasını Qanada davam etdirə bilər.

Sportinfo.az bu barədə Qananın ghanasoccernet.com saytına istinadən xəbər verir.

Azərbaycan millisində uğursuz nəticələrə görə 2025-ci ilin sentyabrında istefaya göndərilən 71 yaşlı mütəxəsissin Qana millisinin baş məşqçisi vəzifəsinə üç namizəddən biri olduğu iddia edilir.

Digər namizədlər onun həmyerliləri Karlos Keyruş və Paulu Bentudur.

Milliyə təyinatın tezliklə həyata keçiriləcəyi bildirilir.

Qana millisi bu yay DÇ-2026-nın final mərhələsində oynayacaq.

Bu yaxınlarda komandanın baş məşqçisi olmuş Otto Addo yoxlama matçlarındakı 4 ardıcıl məğlubiyyətdən sonra istefaya göndərilib.

Qana millisinin baş məşqçisi vəzifəsinə 3 namizəddən biri Azərbaycanda işləmiş məşhurdur

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti