Hazırda AFFA-nın texniki direktoru postuna 4 namizəd var.
Bu barədə federasiyadan redaksiyamıza məlumat verilib.
Bildirilib ki, siyahıda adları olanların hamısı əcnəbidir. Xorvatiyalı, portuqaliyalı, belçikalı və türkiyəli funksionerlər bura daxildir.
Qurum yaxın günlərdə seçim edəcək. Əslində, AFFA kiminlə işləmək istədiyini müəyyənləşdirib, sadəcə, müqavilənin müddəti və şərtləri ilə bağlı məsələlərdə bəzi detalların dəqiqləşdirilməsi lazımdır.
Texniki direktor vəzifəsini son olaraq Cahangir Həsənzadə tutub. O, 2020-ci ildən həmin postda idi.
Elxan Məmmədovun icraçı vitse-prezident və baş katib kimi AFFA-nı idarə etdiyi illərdə federasiyaya ayaq açan «Caqa» aprelin 4-də iş yeriylə vidalaşıb.
Həsənzadədən əvvəl isə həmin kürsüdə Bernard Lippert əyləşib. Məmmədov hər işdə Lippertlə əlbir fəaliyyət göstərdiyindən, o, uzun illər müxtəlif vəzifələr tutub - baş məşqçi kimi Azərbaycana gəldi,
U-19 və U-21 yığmalarını çalışdırdı, sonra da AFFA-nın binasında görəv aldı.
SPORTİNFO.AZ

