Azərbaycandan ayrıldı, 3 aydan sonra uzaq yerdə özünə klub tapdı

5 Aprel 23:45 Gündəm 155
Azərbaycandan ayrıldı, 3 aydan sonra uzaq yerdə özünə klub tapdı

Azərbaycandan ayrılandan sonra klubsuz qalan portuqaliyalı futbolçunun işsiz günləri başa çatıb.

Ö yay “Karvan-Yevlax”ın heyətinə qatdığı Vitor Rosa (Pisko) uzaq İslandiyaya yola düşüb.

Yarımmüdafiəçi dekabrda “Karvan-Yevlax”dan ayrılandan sonra ada dövlətinin yüksək liqasında mübarizə aparan IBV ilə 2026-cı ilin noyabrına qədər anlaşıb.

İslandiya təmsilçisi sosial şəbəkə hesablarında Vitorun transferi barədə məlumat verərək sonuncu klubunun “Karvan-Yevlax” (Azərbaycan) olduğunu qeyd edib.

O, ölkəmizdə top qovduğu 5 ay ərzində Premyer Liqada 8, Azərbaycan kubokunda 2 oyunun iştirakçısı olmaqla heç nə ilə yadda qalmayıb.

Roşa karyerası ərzində “Trofense”, “Sertanense”, “Sousense”, “Olimpiakos”(Nikosiya), “Uniao Madeyra”, “Oliveyrense”, “Anadiya”, “Sanxoanense” komandalarında çıxış edib.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti