AFFA-nın texniki direktoru Cahangir Həsənzadə vəzifəsindən ayrılacaq.
Assosiasiyanın baş katibi Cahangir Fərəcullayev saytımızın yaydığı xəbəri təsdiqləyib.
O, Cahangir Həsənzadənin bu gün texniki direktor vəzifəsində son günü olduğunu qeyd edib. AFFA rəsmisi başqa dəyişikliklərin də gözlənildiyini bildirib.
Cahangir Həsənzadə 2020-ci ildən AFFA-nın texniki direktoru vəzifəsində çalışırdı.
Ulxan Məmmədovun federasiyanın icraçı vitse-prezidenti və baş katibi olduğu vaxt bu posta təyin etdiyi funksioneri tezliklə bir başqası əvəzləyəcək.
Aldığımız məlumata görə, qurum 4-5 xarici mütəxəssislə bu istiqamətdə danışıqlar aparır. Son olaraq türkiyəli futbol adamlarından biriylə görüş keçirilib.
SPORTİNFO.AZ

