“Sabah”ın sabiq baş məşqçisi yeni klubundan istefaya göndərilir?

08:40 Gündəm 187
“Sabah”ın sabiq baş məşqçisi yeni klubundan istefaya göndərilir?

“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutski “Ural”dan istefaya göndərilə bilər.

Sportinfo.az “RB Sport”a istinadən xəbər verir ki, buna səbəb nəticələrin qeyri-stabil olmasıdır.

Dekabrın 11-də “Ural”ın baş məşqçisi təyin olunan mütəxəssisin rəhbərliyi altında komanda 4 oyun keçirib, 1 qələbə qazanıb, 1 heç-heçə edib və 2 məğlubiyyət yaşayıb.

Komanda hazırda Rusiya ikinci liqasının turnir cədvəlində 25 turdan sonra 45 xalla 3-cü pillədə qərarlaşıb.

Yekaterinburq təmsilçisi Berezutskinin əvəzinə Aleksandr Storojuqun təyinatı variantını nəzərdən keçirir.​

Vasili Berezutski 2024/25 mövsümündə “Sabah”ın baş məşqçisi olub və “bayquşlar”la Azərbaycan Kubokunu qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti