AFFA ölkə çempionatının iştirakçılarını sevindirib.
Federasiya Ramazan və Novruz bayramlarına görə vaxtından əvvəl ödəniş edib.
Premyer Liqa, I Liqa və II Liqada mübarizə aparan klubların fevral ayına aid maliyyə yardımı onların hesabına köçürülüb.
Bu, cari mövsümdə ilk belə haldır. Ötən aylarda yarışmaçılara ödəmələr, adətən, hər ayın son günləri edilirdi.
Dövlət artıq dördüncü mövsümdür ki, klublara yardım kampaniyası həyata keçirir. İanələr liqaların statusuna uyğun şəkildə müəyyənləşdirilib.
Premyer Liqa təmsilçilərinə ayrılan illik vəsait 2,5 milyon manat təşkil edir.
I Liqanın nümayəndələrinə çatan məbləğ 300 min manatdır. II Liqada yarışanlar isə 5800 manatla kifayətlənməli olur.
SPORTİNFO.AZ

