Gəncə şəhər stadionu nə vaxt “Kəpəz”in ixtiyarına veriləck? - Nazirlikdən açıqlama

02:00 Gündəm 82
Gəncə şəhər stadionu nə vaxt “Kəpəz”in ixtiyarına veriləck? - Nazirlikdən açıqlama

Hazırda Gəncə Stadionunda işlər davam edir və may ayının sonunda başa çatması nəzərdə tutulur”.

Sportinfo.az xəbər verir ki, bu sözləri teleqraf-a açıqlamasında Gənclər və İdman Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qabil Mehdiyev deyib.

Nazirlik rəsmisi Azərbaycan Premyer Liqası təmsilçisi “Kəpəz”in doğma arenası olan Gəncə şəhər stadionunun ot örtüyünü vəziyyətinə aydınlıq gətirib.

O, “sarı-göylər”in 2025/2026 mövsümünün sonuna qədər rəqibləri doğma meydanda qəbul etməklə bağlı ehtimalları belə dəyərləndirib:

“İşlər tam başa çatdıqdan və ot örtüyü tam yetişdikdən sonra "Kəpəz" oyunlarını burada keçirə bilər. Öt örtüyünün yetişməsi və oyunlara hazır olması müddəti həm də hava şəraiti ilə bağlıdır”.

2023-cü ildə Gəncə şəhər stadionu yenidənqurma işləri ilə əlaqədar bağlanıb.

Yenidən tikilən Gəncə stadionunda MDB oyunlarının açılış mərasimi keçirilsə də, arenanın qazonu hələ hazır deyil. “Kəpəz” ev oyunlarını müvəqqəti olaraq Yevlax şəhər stadionunda keçirir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti