Ağdamda yeni klub yaradıldı - “Qarabağ”ın “balaca qardaş”ı “dünyaya göz açdı”

18 Mart 09:40 Gündəm 1 543
Ağdamda yeni klub yaradıldı - “Qarabağ”ın “balaca qardaş”ı “dünyaya göz açdı”

«Qarabağ» bundan sonra Ağdamın yeganə təmsilçisi olmayacaq.

2020-ci ildə işğaldan azad edilən bu şəhərdə yeni futbol klubu yaradılıb.

Ağdamın eyniadlı komandası növbəti mövsümdən etibarən Region Liqasında mübarizə aparacaq.

«Ağdam» futbol səhnəsinə elə-belə gəlmir. Qarşısında konkret məqsəd var - II Liqasına birbaşa vəsiqə qazanmaq.

Klubun arxasında yerli rəsmi dairələr və bir qrup iş adamı dayanır. Kollektivə ağdamlı gənclərlə yanaşı, bir neçə təcrübəli futbolçu da cəlb olunacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM