Bu ilin yanvarında «Araz-Naxçıvan»dan uzaqlaşdırılan Elmar Baxşıyev gözünü «Şəfa»ya dikib.
O, növbəti mövsümdə Premyer Liqa ailəsinə qoşulmağa ən real namizəd olan komandanı çalışdırmağa hazırdır.
Baxşıyevin «emissar»ı bu məqsədlə «Şəfa» rəhbərliyi ilə əlaqə saxlayıb, onun xidmətini təklif edib.
Bildirib ki, adıçəkilən mütəxəssis paytaxt təmsilçisinin sükanı arxasına keçərsə, uğur qazanacağına söz verir.
Elmar bəy üçün elçilik edən şəxsin kimliyi bizə məlumdur. Müəyyən səbəblərdən adını burada hallandırmırıq.
Üstüörtülü şəkildə bildirək ki. o, ölkənin futbol həyatında önəmli rol oynayan zatdır və Baxşıyevlər ailəsi ilə yaxın dostdur.
Hazırda I Liqada mübarizə aparan «Şəfa» 42 xalla turnir cədvəlinə başçılıq edir.
İkinci sıradakı «Baku Sportinq»i 6 xal qabaqlayan komandanı 2025-ci ildən bəri Elgiz Kərəmli çalışdırır.
SPORTİNFO.AZ

