AFFA rəhbərliyi, nəhayət ki, gözlənilən qərarı çıxarıb.
Cahangir Həsənzadənin texniki direktor postundan gedişi dəqiqləşib.
O, federasiyada son günlərini keçirir: artıq aprelin 1-də hazırkı iş yeriylə rəsmən vidalaşacaq.
«Caqa» ləqəbli funksioner Elxan Məmmədova bağlı kadrdır. 2020-ci ildə ovaxtkı baş katib tərəfindən bu vəzifəyə təyin olunub.
Uşaq futbolu və aşağı yaş qrupları üzrə yığmalara qədər bir çox sahələr onun səlahiyyət dairəsinə daxildir.
Uzun müddət idi ki, Həsənzadənin postundan uzaqlaşdırılmasından danışılırdı.
Qurumdan bu xəbər zaman-zaman təkzib olunsa da, bilirik ki, məsələ ən yüksək səviyyədə razılaşdırılıb.
Həsənzadənin fəaliyyətindən yalnız AFFA rəhbərliyi narazılıq etmirdi. Bir çox futbol mütəxəssisləri də onun orada olmasından şikayətçidir.
Federasiya texniki direktor vəzifəsinə indiyədək bir neçə namizədi gözdən keçirib. Hamısı da əcnəbi.
Adları siyahıda yer alanlarla danışıqlar nəticə vermədiyi üçün Həsənzadə bugünədək orada qalıb.
Görünür, uzun sürən axtarışlar artıq başa çatıb, xarici funksionerldərdən biriylə anlaşmaq mümkün olub.
SPORTİNFO.AZ

