Martın 13-də gözlənilən hava şəraiti açıqlandı - 14° isti olacaq

13 Mart 07:00 Gündəm 313
Martın 13-də gözlənilən hava şəraiti açıqlandı - 14° isti olacaq

Martın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin səhər bəzi yerlərdə havanın az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-10° isti olacaq.

Atmosfer təzyiqi 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 Aprel 18:10 Çək və bizə göndər!