Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə transfer olunduğu "Kolambus Kru"nun düşərgəsinə qatılmaq üçün ABŞ-yə yollanıb.
Sportinfo.az xəbər verir ki, forvard bu səhər səfərə çıxıb.
O, ABŞ klubu ilə 1 ay əvvəl razılığa gəlsə də, iş icazəsinin yubanması səbəbindən komandanın düşərgəsinə qoşula bilmirdi.
N.Axundzadə Bakı vaxtı ilə sabah səhər saatlarında ABŞ-də olacaq.
Nəriman Axundzadənin "Kolambus Kru" ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
ABŞ təmsilçisi futbolçu üçün "Qarabağ"a 1 milyon avrodan bir az çox ödəniş edəcək.

