Nəriman Axundzadənin ABŞ-a yolanmaq üçün bağlı qapıları açılıb.
Azərbaycan millisinin hücumçusu səfirlikdən sevindirici xəbər alıb.
“Kolombus Kryu” ilə müqavilə bağlayandan sonra ABŞ-ın ölkəmizdəki səfirliyinə müraciət edərək iş vizası alan 21 yaşlı futbolçunun səfər vizası yubanırdı.
Məhz bu səbəbdən okeanın o tayına yollanması mümkün olmurdu.
Artıq məlum məsələ öz həllini tapıb.
Axundzadə martın 6-da səfər vizasına da sahib olub.
Bu, o deməkdir ki, Nəriman yaxın 2-3 gün ərzində vətəni tərk edib, yeni komandasına qoşulacaq.
HƏBİB / SPORTİNFO.AZ

