AFFA-nı UEFA Millətlər Liqasının 2026/2027 mövsümünün püşkatma mərasimində təmsil edəcək şəxslər müəyyənləşib.
Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə qurumun baş katibi Cahangir Fərəcullayev, icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov, Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və A millinin direktoru İlqar Qurbanov iştirak edəcəklər.
Püşkatma mərasimi Belçikanın paytaxtı Brüsseldə, saat 21:00-da start götürəcək.

