VACİB XƏBƏR: Bakının canı tıxacdan qurtulacaq - VİDEO

07:40 Gündəm 135
VACİB XƏBƏR: Bakının canı tıxacdan qurtulacaq - VİDEO

Bakıda yeni tunel tikiləcək. Tunelin tikintisi məqsədilə bir sıra plana düşən evlər söküləcək.

Tunel tikintisinin məqsədi “20 Yanvar” dairəsi və “Şamaxinka”dan gedən sıxlığın aradan qaldırılmasıdır.

Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə 25 layihənin icrası nəzərdə tutulur.

“Artıq onun bir neçəsində işlərə start verilib, bir neçəsində isə yaxın müddətdə işlərə başlanılması nəzərdə tutulur. O cümlədən, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsindən Kənar Dairəvi yola çıxan tunelin inşası nəzərdə tutulur”.

Artıq söküntü işləri ilə bağlı sakinlərə rəsmi bildirişlər təqdim edilib.

Daha ətraflı videomaterialda:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 Fevral 18:10 Çək və bizə göndər!